Şəhərimizi növbəti 5 ildə kimlər təmsil edəcək?

1425

7 noyabrda Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər artıq geridə qaldı. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. Mərkəzi Seçki Komisiyası ilkin nəticələri açıqlayıb və nəticələri noyabrın sonuna qədər Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Şəhərimizdə isə 4 seçki dairəsində aparılır.

MSK-nın rəsmi açıqlamasına görə 41 Sayli Sumqayıt birinci seçki dairəsindən Leyla Abdullayeva 58.72            % , 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Musa Qasımlı 45.04%, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Muxtar Babayev 75.84%, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən isə Hacı Sallayev  78.49% səslə qalib gəlib. Beləliklə Sumqayıtlıları növbəti 5 il ərzində parlamentdə kimlər təmsil edəcək?

41 SAYLI SUMQAYIT 1-CI SEÇKİ DARƏSİNDƏN

LEYLA ARIF QIZI ABDULLAYEVA

Abdullayeva Leyla Arif qızı, Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhərinin 1və 15saylı orta məktəblərində almışdır. 1976-cı ildə M. F.Axundov adına Azərbaycan Pedaqoji Dillər Institutuna daxil olmuş, 1981-ci ildə rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Naxçıvan şəhər 6 saylı orta məktəbdə müəllim kimi başlamış, 1984-cü ildən 2005-ci ilədək Sumqayıt şəhər 15 saylı orta məktəbdə, Istedad liseyində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2005-ci ildən 18 saylı orta məktəbin direktoru vəzifəsində çalışır.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm, partiyanın Sumqayıt şəhər təşkilatının Şura  üzvü kimi daim təşkilatın işində yaxından iştirak etmişdir.

2009-cu ildə Sumqayıt şəhər Bələdiyyəsinə keçirilən seçkilərdə partiyanın namizədi kimi iştirak etmiş və bələdiyyə üzvü seçilib. Şəhər Bələdiyyəsinin yerli sosial məsələlər komissiyasının üzvüdür.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev cənablarının sərəncamı ilə “Tərəqqi “medalına layiq görülmüşdür.

42 SAYLI SUMQAYIT 2-CI SEÇKİ DARƏSİNDƏN

QASIMLI MUSA CƏFƏR OĞLU

1957-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Yardımlı rayonunda müəllim işləmişdir. 1982-ci ildə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasına daxil olmuşdur. 1986-cı ildə beynəlxalq münasibətlər tarixi üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru, tarix elmləri doktoru. Tanınmış tarixçi-alim.

SSRİ Elmlər Akademiyasının xarici siyasət məsələləri və beynəlxalq münasibətlər tarixi Elmi Şurasının, SSRİ Siyasi Elmlər Assosiasiyasının üzvü olmuşdur.

1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir. Azərbaycanın beynəlxalq parlament əlaqələrinə dair araşdırmaları vardır.

Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan televiziyasının siyasi icmalçısıdır.

Ailəlidir. Dörd övladı var.

43 SAYLI SUMQAYIT 3-Cİ SEÇKİ DARƏSİNDƏN

BABAYEV MUXTAR BAHADUR OĞLU

16 oktyabr 1967 –cı ildə Bakı şəhərində anadan olmuşdur.

1984-cü ildə Bakı şəhərində orta məktəbini bitirmiş və həmin il Moskva Dövlət Universitetinə daxil olmuşdur.

1986-1988-ci illərdə hərbi xidmətdə olmuşam.1991-ci ildə Moskva Dövlət Universitetini fərqlnmə diplomu ilə bitirmişdir.

1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində , 1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi əlaqələr Nazirliyində ışləmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Xaricu İqtisadi Əlaqələr və Umumirusiya Xarici Ticarət Akademyasının Dünya İqtisadi ixtisaslarına yiyələnmişdir.

1994-2003-cü illərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsində şöbə rəisi , sonradan isə həmin idarənin rəis müavini vəzifəsində çalışmışdır.

2003-2006-cı illərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Marketinq  və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini ,sonradan rəis vəzifəsində çalışmışdır.

2007-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə Vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya”İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

44 SAYLI  SUMQAYIT – ABŞERON SEÇKİ DAİRƏSİNDƏN

SALAYEV HACI HACIBABA OĞLU

28 iyun 1968-ci il tarixində Sumqayıt şəhərində anadan olub.

1975-ci ildə ailəsilə birlikdə Bakı şəhərinə köçüb.

1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb.

1985-ci ilin iyun ayından “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1986-cı ildən Azərbaycan Xalq  Təsərrüfatı İnstitutunun Plan-İqtisad fakultəsinə qəbul olunub.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1991-ci ilin noyabr ayından Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyinin “Şəbəkə” filialına direktor vəzifəsinə təyin olunub.

1994-cü ildə Azərbaycan İqtisad İnstitutunun Plan-İqtisad fakultəsini bitirərək iqtisadçı ixtisasına yiyələnib.

1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) hərbi xidmətdə olub.Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində xidmətini bitirib.Ehtiyatda olan polkovnik –leytenant rütbəli zabitdir.

1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində ikinci ali təhsil alıb.

2002-ci ilin avqust ayında Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən Nyu-Mexiko ştatında təşkil olunmuş “Terrorizmlə Mübarizə üzrə İnstruktorların Hazırlanması” kurslarını bitirərək, Diplomatik Təhlükəsizlik Xidməti İnspektoru dərəcəsi alıb.Amerika Birləşmiş Ştatlarının fəxri vətəndaşıdır.

2002-2005-ci illərdə özəl sektorda fəaliyyət göstərib, “TRUST-SS” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

2003-cü ilin mart ayında Amerika İstehsalat Təhlükəsizliyi Assosiasiyasına (ASİS) üzv qəbul olunub.

2005-ci ilin avqust ayında Azərbaycan Respublikası Dövlət Neft  Şirkətinin Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə, daha sonra isə Təhlükəsizlik Departamentinin rəisi vəzifəsinə təyin olunub.

2006-ci ilin mart ayından 2010-cu ilin fevral ayınadək “TRUST-SS” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib.

2010-cu ilin fevral ayından hazırki dövrə kimi “Az Kommunal Servis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır. Bitərəfdir. İki övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər