Əhali bu banklardan pullarını geri ala biləcək – AÇIQLAMA

1243

“Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”.

Bu barədə Lent.az -a iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. O bildirib ki, yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq:

“Belə ki, Əmanətləri Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib.

Qeyd edim ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq.

Həmçinin bildirim ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan banklarda ümumi məbləği 10 min dollardan çox olmayan və qorunmayan depozitlər Əmanətləri Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq.

Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq”.

V.Bayramov əlavə edib ki, CESD (İqtisadi və Sosial İnkişaf Mərkəzi) differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər