Əli Babacan və Abdullah Gül yeni partiyanı bu tarixdə quracaq – İDDİA

1165

AKP-dən (Ədalət və İnkişaf Partiyası) ayrılaraq yeni siyasi fəaliyyətə qoşulacağı deyilən Əli Babacan və Abdullah Gülün payızda yeni partiya yaradacaqları iddia edilib.
sumqayitxeber.com “Euronews”a istinadla xəbər verir ki, “Reuters” xəbər agentliyinə müsahibə verən Ə. Babacanın köməkçilərindən biri belə bir ifadə işlədib: “Ə. Babacan və A. Gül payızda yeni partiya yaradacaqlar”.
Xəbərdə bu işə 6 ay öncədən başlanıldığını, ancaq bələdiyyə seçkilərində AKP-yə dəstəyin azalması ilə daha da sürətləndirildiyi deyilir.
Ə. Babacan və A. Gül hələ ki tarix mövzusunda heç bir açıqlama verməyiblər. Onlar həmçinin xəbəri təkzib də etməyiblər.
AKP-dən bir nəfər isə yeni partiyanın yaradılacağından xəbərdar olduqlarını bildirib: “Babacan nüfuzlu və güclü siyasətçidir. Təbii ki, AKP yeni yaradılacaq partiyadan təsirlənəcək amma bu hal digər siyasi partiyalar üçün də eyni olacaq”.
Babacanın köməkçisi isə TBMM-də (Türkiyə Böyük Millət Məclisi) AKP-dən bəzi millət vəkillərinin onlara dəstək verməyə hər an hazır olduqlarını bildirib. O qeyd edib ki, bura hər kəsi təəccübləndirəcək şəxslər də daxildir.
Keçmiş baş nazir Əhməd Davutoğluna yaxın bir mənbə isə, onun da yeni bir addım atmaq istədiyini, ancaq hələ ki Babacan və Gülün partiyasına qoşulmağı düşünmədiyini bildirib.
Digər tərəfdən Davutoğlunun komandasında adının hallanmasını istəməyən bir şəxs “Euronews”a müsahibəsində Ə. Davutoğlunun Əli Babacana “Sən partiyanın rəhbəri ol, A. Gül və mən də sənə müavinlik edək” dediyini, Babacan buna razı olsa da A. Gülün təklifi qəbul etmədiyini bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər