Abbasov “Sumqayıt”a 2 yeni futbolçu götürdü – FOTOLAR

514

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”ni qəbul edəcək olan “Sumqayıt” hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Ayxan Abbasovun rəhbərliyi altında növbəti məşqini keçirib.

14-cü turda zədələnən Əfran İsmayılov artıq sıraya dönüb. Şəhriyar Əliyev isə məşqdə iştirak etməyib.

Bundan başqa, əvəzedici heyətdən Səbuhi Abdullazadə və Baxşəli Baxşəliyev əsas komandaya cəlb olunub.

1,5 saat davam edən hazırlıq prosesində müxtəlif fiziki və toplu hərəkətlərlə yanaşı bir sıra taktiki gedişlər üzərində də çalışılıb.

Dekabrın 19-da keçiriləcək “Sumqayıt” – “Neftçi” qarşılaşmasına saat 19:00-da start veriləcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər