Adi tibbi maska taxmaq nə üçün vacibdir? – Həkim ŞƏRHİ

132

Ümumdünya Səhiyyə Təşkilatı bir neçə dəfə bildirib ki, maska taxmaq insanı virus təhlükəsindən qorumur. Lakin bununla bərabər təşkilat insanlara tövsiyə xarakterli olaraq maska taxmağı bildirib.

Ölkəmizdə isə maska taxmaq zəruridir, hətta müəyyən halda maska taxmayan şəxslər inzibati qaydada cəzalandırılır, cərimə edilir.

Maraqlıdır, əgər ÜST maska taxmağı zəruri hesab etmirsə, niyə bizdə bu hal zəruri hesab olunur və cərimə tətbiq edilir?

Hazırda karantin xəstəxanası kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev  ölkədə bu qaydanın zəruri şəkildə olmasının səbəblərini Modern.az-a açıqlamasında bildirib:

“Maskanın taxılması ilə bağlı qərarın zəruiliyini doğru qiymətləndirirəm. Çünki bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda da o asqırıb-öskürəndə ətrafa virus yayır. Maskanın geyinilməsində əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan. Bizim virus yaymağımız üçün təkcə asqırıb-öskürməyimiz faktor deyil. Adi ünsiyyət zamanı tüpürcək vasitəsi ilə də qarşı tərəfi yoluxdura bilərik. Özümüzdən aslı olmayaraq, ağız suyunu kənara xaric edirik, maska bu ağız suyunun ötürülməsinin qarşısını alır”.

 

A.Əliyev adi tibbi maskanın keyfiyyəti məsələsinə də toxunub:

“Bəzən düşünürlər ki, tibbi-cərrahi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yalnışdır. Adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər