Ağır qəza: 5 nəfər həyatını itirdi

275

Göygöldə baş vermiş avtoqəza zamanı dünyasını dəyişənlərin sayı artaraq 5 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1985-ci il təvəllüdlü Mahmudov Zamiq Əlddin, 1984-cü il təvəllüdlü İbrahimov Tural Məmməd oğlu, 1993-cü il təvəllüdlü İbrahimzadə Bayram Hüseyn oğlu, 1995-ci il təvəllüdlü Hüseynov Oruc İlham oğlu və 1996-cı il təvəllüdlü Atakişyev Qüdrət Tofiq oğlu aldıqları xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda ərazidə araşdırmalara başlanılıb. Polis və məhkəmə tibb ekspertləri hadisə yerində müayinələr aparır.

***

Saat 23:28

Göygöl rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Quşqara kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı yük maşını ilə toqquşub. Minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər