Ailəli xanımlar daha az xəstələnir – Araşdırma

414
Ailə qurmaq qadınların sağlamlığına və psixi durumuna müsbət təsir göstərir.
 
Medicina.az xəbər verir ki, tibb alimləri bu qənaətdədirlər.
Almaniyanın Ştutqart universitetinin alimi Hans Hendriksonun sözlərinə görə, ailəli xanımlar, həkimlərə ürək-damar sistemindəki, psixi problemlərlə əlaqədar daha az müraciət edirlər.
35 min cütlük arasında təcrübə aparılıb. Nəticələr göstərib ki, ailə qurmazdan əvvəl sərbəst həyat tərzi sürən qadınlar ərə getdikdən sonra bir çox zərərli vərdişdən  əl çəkiblər. 2 il ərzində bu cütlüklərin birgə həyat tərzi müşahidə edilib. Sonda onların 24%-i boşanıb. 1 il sonra tənha qalan qadınlar yenidən müayinədən keçib. Onların sağlamlıqları əvvəlki nəticələrlə müqayisədə xeyli pisləşdiyi təsbit edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər