Akif Çovdarov ölüm ayağındadır TİBB MƏNTƏQƏSİNƏ YERLƏŞDİRİLDİ

228

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov vəkili ilə görüşüb.

Bu barədə virtualaz.org-a A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Onun sözlərinə görə, hazırda Akif Çovdarov Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır.

“Ürəyinin çox zəif olması üzündən Akif Çovdarov iki dəfə kardioloji müayinədən keçirilib. Onu həm Kardiologiya İnstitutunun mütəxəssisi, həm də tibb məntəqəsinin özünün dəvət etdiyi mütəxəssis müayinə edib. Müayinələrin nəticələri Almaniyaya – Akif Çovdarovun şəxsi həkiminə göndərilib. Almaniyadan aldığımız cavaba əsasən, hazırda xəstənin vəziyyəti ağırdır və Almaniyada yerləşən klinikada uzunmüddətli müalicə tələb olunur ki. bu da hazırkı vəziyyətdə qeyri-mümkündür”, – vəkil S.Rəsulov bildirib.

Vəkil əlavə edib ki, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində kardioloq olmadığı üçün hazırda Akif Çovdarov “özü bildiyi kimi” müalicə olunur və tibbi preparatlardan istifadə etməklə sağ qalmağa çalışır.

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər məhkəmənin hökmündən apelyasiya şikayəti verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər