Aktau şəhərinin nümayəndə heyəti Sumqayıtda oldu – FOTOLAR

167

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyində Qazaxıstan Respublikasının Sumqayıtla qardaşlaşmış Aktau şəhərinin akimi Edil Janbırşinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir. Manqistau vilayəti müəssisə rəhbərlərinin, özəl sənaye və maliyyə sektorunun, digər sahələrin iş adamlarının daxil olduğu nümayəndə heyətiilə geniş tərkibli görüşdə hər iki respublikanın neft-kimya və digər sahələrdə genişlən­mək­də olan əməkdaşlığından, Sumqayıt və Aktaunun qardaşlıq əlaqələrindən söhbət açılmışdır.

Qonaqlara  «Azərikimya»nın strukturuna daxil olan müəssisələrvə istehsal olunan müxtəlif kim­ya məh­sulları, həmçinin inşa edilməkdə olan Kimya Sənaye parkı və Karbamid zavodubarədə məlumat ver­ilmişdir.

Görüşdə Sumqayıtvə Aktau arasında neft-kimya sənayesi üzrə əlaqələrin inkişaf perspektivləri, qardaşlaşmış şəhərlə rarasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Görüşdən sonra qonaqlar Birliyin foyesində yaradılmış «Heydər Əliyev və Azərbaycan kimyası» muzey-guşəsinin Ulu öndərin ölkəmizin neft-kimya sənayesinin inkişafındakı rolunu əks etdirən foto-sənədlərlə tanış olmuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Məhəmməd
    Aprel 19, 2013 - 17:05

    Sumqayıtın Kimya sənayesinin inkişafı yolunda Sizlərə böyük uğurlar arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər