“AQS dental center” tövsiyə edir – Çilli dişlər: flüoroz

2317

Məşhur doktor Kastronun belə bir sözü var: “Bizim hər birimizdə anadan olandan bəri dişimizin rəngini müəyyən edən gen var”.
Heç də hamımız anadangəlmə ağappaq dişlərimizlə öyünə bilmirik. Ancaq bəzi hallarda heç də ideal olmayan dişlərimizi korlayan bəzi problemlər olur. Onlardan biri də flüorozdur. Flüoroz nədir?

Flüoroz sistem pozulması olub, tərkibində yüksək miqdarda ftor olan su və ərzaqların daxilə qəbul edilməsi zamanı inkişaf edir Flüoroza el arasında “çilli dişlər” də deyilir. ”Çilli dişlər”in formalaşma səbəbi ftorun artıqlığıdır.

Flüoroz adətən daimi dişlərdə onların çıxmasından sonra əmələ gəlir. Ftorun suda çox olduğu nahiyədə yaranan və ya 3-4 yaşından həmin yerdə əmələ gələn uşaqların dişləri zədələnir. Müvəqqəti dişlərin flüorozla zədələnmə halları yalnız içməli suda ftorun miqdarının həddindən çox olan rayonlarda qeydə alınır. Flüorozla zədələnən dişlərin minası şəffaflığını itirir, tutqunlaşır və üzərində sarımtıl – qəhvəyi rəngdə ləkələr əmələ gəlir Flüorozla zədələnmənin bir neçə forması var:

• çox yüngül dərəcə: minanın normal rəngi – praktik rəngi dəyişilmir
• yüngül dərəcə: zədələnmə elementləri zolaq şəkilli olur
• mötədil dərəcə: flüorozun ləkəli forması
• orta ağır dərəcə: diş taclarının sarı və qəhvəyi rəngdə boyanması qeyd olunur. Diş tacının səthində çox da böyük olmayan dairəvi qüsurlar – çillər olur
• ağır dərəcə: qəhvəyi rəngin fonunda minanın çuxur və eroziya şəklində dağılma ocaqları görünür. Flüorozun bu formasında diş minası tez yeyilir və piqmentləşmiş dentin tünd qəhvəyi rəngdə görünür.

Müalicəsi: Flüorozun yüngül və mötədil formaları zamanı ağartmadan istifadə olunur.

Ağır formalar zamanı qüsuru plomblamaq, hətta qapaq və ya vinir hazırlamaq vacibdir. Kalsium tərkibli diş məcunlarından istifadə etmək məsləhətdir, lakin tərkibində ftor olmamalıdır.

Proflaktika məqsədi ilə istifadə olunan su çökdürülməli, soyudulmalı və sümük filtrindən keçirilərək artıq ftor sudan çıxarılmaldır.

“AQS dental center” flüoroz problemli xəstələrə tam müalicə zəmanəti verir!

Təqdim etdi: “AQS dental center”in həkim stomatoloqu Fərid Babayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər