AQTA-ya yeni Aparat rəhbəri təyin olunub

822

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qurumun Aparat rəhbəri təyin edilib.

AQTA-dan Musavat.com-a verilən məlumata görə, E. Mikayılov Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya üzrə bakalavr və magistr, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb, iqtisad üzrə fəlsəfə doktorudur.

O, əmək fəaliyyətinə 2007-ci ildə başlayıb, bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışıb. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

E. Mikayılov 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri, 2018-ci ilin may ayından Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb.

Bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 1 övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər