“Araz Vadisi İqtisadi Zonası” böyük potensiala malikdir

471

Azərbaycanda Ümumi Daxili Məhsulun 35%-ə yaxını sənaye sahələrindən formalaşır. Bu göstəriciyə görə ölkəmiz Avropa qitəsində ən çox sənayeləşən ölkələrdən biridir.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sənayenin inkişafında son illərdə yaradılan sənaye parklarının və məhəllələrinin rolu xeyli böyükdür:

“Belə ki, hazırda ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu zonlarada ümumilikdə 9300 işçı çalışır. Son 3 ildə sənaye sonlarında çalışan insanlara rezidentlər tərəfindən 320 milyon manat maaş ödənilib. Bu işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 80 milyon manatı keçib. Son 3 ildə bu zonalarda cəmi 2.6 milyard manat dəyərində məhsul satış olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye sonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir”.

Komitə sədri qeyd edib ki, bu gün dövlət başçısının fərmanı ilə daha bir sənaye parkı – Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılıb:

“Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarını, Zəngəzur Dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət regionda gedəcək bərpa işlərini nəzərə alsaq, bu sənaye parkının böyük inkişaf potensialı vardır. Əminəm ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər