Artıq hamımız köç əhval-ruhiyyəsindəyik – Anar Qasımlı

111

“İndiyədək ən böyük arzum o idi ki, torpaqlarımız işğaldan azad edilsin, indi isə ən böyük istəyim odur ki, işğaldan azad edilmiş torpaqlarımızı sağ-salamat gedib, görə bilək. Artıq hamımız köç əhval-ruhiyyəsindəyik. Çox sevinirəm ki, böyük qayıdış prosesi artıq başlanılır”.

Bunu Trend-ə Qubadlıdan olan məcburi köçkün, tanınmış vəkil Anar Qasımlı deyib.

Qubadlının Kürdmahruzlu kəndində doğulub boya-başa çatdığını deyən A.Qasımlı 5-ci sinfədək Alı Mustafayev adına Zilanlı kənd orta məktəbində təhsil alıb. Erməni işğalına görə 1993-cü ildə kəndlərini tərk etdikləri zaman 11 yaşı olub. Bir müddət – 1993-1996-cı illərdə Mingəçevirdə, 1996-cı ildən isə Sumqayıtda yaşayırlar.

Hazırda Sumqayıt Regional Vəkil Bürosunun müdiri vəzifəsində çalışan A.Qasımlının sözlərinə görə, indi onlar üçün bir nömrəli iş Qubadlıya qayıtmaqdır. O, Qubadlıda da Regional Vəkil Bürosu təsis etməyi arzulayır:

“27 il nisgillə, kədərlə yaşamışıq. İndiyədək ən böyük qorxum o idi ki, valideynlərimi doğma yurdlarından uzaqda-Sumqayıtda itirə bilərəm. Ancaq indi bunu arzu edirəm ki, onlar işğaldan azad edilmiş kəndimizi sağ-salamat gedib görə bilsinlər. Ümid edirəm ki, çox tezliklə buna da nail olacağıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər