Arvad ərini elə səbəbdən məhkəməyə verdi ki... - Hakim ŞOKA DÜŞDÜ

517

Türkiyədə arvad ərini üzündəki səpkilərə güldüyü üçün məhkəməyə verib. Hadisə İstanbulda baş verib. Belə ki, evdar xanım olan C.Gülcan həyat yoldaşı C.Mustafanın ona “Üzündə niyə sızanaq var” deyərək zarafat etməsindən sıxıldığını deyərək məhkəməyə müraciət edib: “Hamilə vaxtımda belə deyib gülməsi mənə psixoloji təsir edir. Əlimdən gələni edirəm ki, onlar sağalsın. Mənimlə istehza etməsi xoşuma gəlmir. Artıq dayanacaq gücüm qalmayıb, boşanmaq istəyirəm”.

Hakim iddia qarşısında şoka düşüb. Qadın məhkəmədən uşaqlarının onun himayəsinə verilməsi ilə yanaşı, həyat yoldaşından 50 min türk lirəsi miqdarında təzminat istəyib. Məhkəmənin şoka düşdüyü proses hələ də davam edir. Publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər