Arvadını və 35 günlük körpəsini öldürən Raqif Ələkbərovun məhkəməsi başlayır - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

582

Yaxın günlərdə ötən ilin ən dəhşətli qətl hadisələrindən birinə “imza” atmış Daşkəsən rayonu, Şahvələdli kənd sakini, 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

Virtualaz.org saytının xəbərinə görə, cinayət işi üzrə istintaq materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun icraatındadır. Məhkəmənin hazırlıq iclası fevralın 12-ə təyin edilib.

Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur.

Hadisə keçən il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən R.Ələkbərov onu özünəməxsus tərzdə cəzalandırmaq qərarına gəlib. Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını R.Ələkbərov K.Məmmədovaya bağışlamayıb və qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb.

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən R.Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb. Bununla ürəyi soyumayıb. Qadını sürüyüb evə gətirib və taxta parçasıyla döyməyə davam edib.

R.Ələkbərov Kamilə ilə birgə onun qucağındakı 35 günlük körpəsini də döyüb. Hər ikisinin öldüyünə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb.

Bu dəhşətli mənzərə K.Məmmədovanın birinci nikahdan olan 5 yaşlı qızı Fatimənin gözləri önündə baş verib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşayan R.Ələkbərov rəsmi və qeyri-rəsmi 5 dəfə ailə qurub. Bundan öncə həbsə düşməsinə səbəb də ailə münaqişələri olub. Həyat yoldaşları tez-tez evdə dava salan R.Ələkbərovla bağlı polisə şikayət ediblər.

İlkin dindirilmə zamanı arvadını onun sözünə qulaq asmadığı və evdən qaçdığı üçün öldürdüyünü deyib.

Onu da qeyd edək ki, qətli törədən R.Ələkbərovun atası Əliş Ələkbərov illər öncə öz dogma qardaşını öldürüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər