At əti satılan yarmarkanı kim təşkil edib?

1003

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi şəhərin 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında 140 kiloqram at əti aşkarlayıb. Həmin əti vətəndaşlara mal əti adı ilə kiloqramı 4-5 manata vətəndaşlara satılırmış.

Qeyd edək ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi və müvafiq icra orqanları tərəfindən hər həftənin şənbə və bazar günləri təşkil olunur.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov açıqlamasında bildirib ki, kənd təsərrüfatı yarmarkasında at ətinin satışı düzgün hal deyil:

“Lakin bir sıra müsəlman ölkələrində- Qazaxıstan, Qırğızıstan və Özbəkistanda əhalinin istehlakında at əti mühüm yer tutur. At ətindən kolbasa istehsalı sənayesində geniş istifadə edilir. Təkcə ötən il Qazaxıstana 500 baş çıxdaş edilmiş, qoca at satılıb. Onlar həmin atları müəyyən qədər kökəldib kolbasa istehsalında istifadə ediblər. Sumqayıtda kənd təsərrüfatı yarmarkasında əhaliyə at əti satılması isə normal hal deyil. Adət -ənənəmizdə, süfrəmizdə at ətindən istifadə edilmir. At ətini başqa ət adı altında istehlakçılara satılması mənfi haldır”.

Kənd təsərrüfatı yarmarkalarına çıxarılan məhsulların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılıb-yoxlanılmamasına gəlincə, Ç.Fərəcov deyir ki, Sumqayıt şəhəri baytarlıq idarəsi bu kimi məsələlərə cavabdeh olmalıdır. Onlar ətin keyfiyyətini yoxlamalıdırlar: “Rayonlara gedib əti yoxlamağa nazirliyin imkanları yoxdur”.

Ç.Fərəcov bildirir ki, Bakı şəhərində 9 kənd təsərrüfatı yarmarkası fəaliyyət göstərir. Sumqayıtdakı sözügdən yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi təşkil etməyib./publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər