Avropa çempionu Murad Hacızadə ilə görüş – FOTO

675

Sumqayit şəhər Gənclər və İdman Baş İdarəsində Karate üzrə yüksək nəticələr qazanmış şəhər idmançısı ilə görüş olub.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində cari ilin 08-10 fevral tarixləriində Danimarkanın Aalborq şəhərində keçirilən karatenin WKF versiyası üzrə gənclər arasında Avropa çempionatında qızıl medala sahib olmuş Murad Hacızadə və onun məşqçi-müəllimi Rafael Məmmədovla görüş keçirilib.
Baş İdarənin rəisi Elgün Hümbətov əldə etdikləri yüksək nailiyyət münasibəti ilə Murad Hacızadəni təbrik edərək Ulu Öndər H.Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayt idmançılarının da əldə etdiyi nailiyyətlərdən, şəhər rəhbərliyinin digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğısından, şəhərdə aparılan quruculuq və yenidənqurma işlərinindən, bu işlərin davam etdirilməsindən və bu görülən işlərin hamısının Sumqayıt gəncləri üçün eyni zamanda bütövlükdə Sumqayıtlılar üçün görülməsindən danışdı.
Çıxış edən karate üzrə Azərbaycanın Respublikasının Əməkdar Məşqçisi Rafael Məmmədov Ölkə, eləcədə şəhər rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi və bundan sonra daha da yüksək nailiyyətlərin əldə olunması üçün əzmlə çalışacaqlarını bildirdi.
Sonda Avropa şempionu və onun məşqçisinə hədiyyələr təqdim olundu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər