Avtobus aşıb, üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb – FOTO

1167

Şəmkirdə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində ölən şəxslərin adı məlum olub.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayonun Qaracəmilli kəndində hərəkətdə olan mikroavtobusla “VAZ-2107” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb. Nəticədə “VAZ-2107″nin sürücüsü Vidadi Gülməmmədov, sərnişinləri – 74 yaşlı Şücaət Gülməmmədova və 3 yaşlı Ayxan Gülməmmədov ölüblər.

***

Saat 15:51

Şəmkirdə sərnişin avtobusu qəzaya düşüb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmilli kəndində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan olan avtobus aşıb. Qəza nəticəsində  2 nəfərin öldüyü, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Şəmkirdə baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə tibbi yardım göstərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər