Avtomobillər bahalaşmaqda davam edir

1094

2018-ci ilin avqustunda Bakının avtomobil bazarında orta qiymət 28 298 manat təşkil edib.

Sumqayitxeber.com-un Trend-ə istinadən xəbər verir ki, bunu ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, iyulla müqayisədə qiymətlər avqustda 2,6 faiz artıb. Son bir neçə ay ərzində isə avtomobillərin qiyməti orta hesabla 24,2 faiz qalxıb.

N.İbrahimov bildirib ki, avqust ayında ümumilikdə 1 451 avtomobil satışa çıxarılıb:

“İyul ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli avqustda 22,8 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 84,9 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 27 283 manat təşkil edib. İyulla müqayisədə bu, 0,14 faiz artım deməkdir. Dizel mühərrikli avtomobillər bazarın 15,1 faizini təşkil edib, orta qiymət isə 34 013 manat olub (16,6 faiz artım). Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 68,8 faiz, orta qiyməti 35 802 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 31,2 faiz, orta qiyməti 11 774 manat təşkil edib”.

Ekspert bildirib ki, avqust ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 173,34 min kilometr təşkil edib ki, bu göstərici iyul ayı ilə müqayisədə 5,2 faiz çox olub. Avtomobillərin orta yaşı təxminən 12,5 il olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər