Axşam düşən kimi hamı at çapmağa tələsir – Dəniz qırağında möhtəşəm anlar

922

Axşam düşən kimi hamı at çapmağa tələsir – Dəniz qırağında möhtəşəm anlar Kimisi atdan qorxur, kimi yıxılmaqdan. Kimi də ümumiyyətlə, bunu bacarmayacağını düşünür. Amma at sürmək maraqlı bir əyləncə növüdür. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Sumqayıtda elə ki axşam saatları oldu sakinlər dənizkənarında at çapmağa tələsir. Düz dənizin kənarında, dalğaların səsini dinləyərək at çapmağı öyrənənlər heç də az deyil. Əgər bu sahildən keçsəniz və at sürmək fikrinə düşsəniz bacarmamaq fikri sizi qorxutmasın. Çünki şəhər sakinlərinə at sürməyi öyrədən 13 yaşlı bu çaparla qarşılaşsanız o sizi də öyrədəcək. Gülay Fərzəliyeva deyir ki, çapar olmaq həvəsi kiçik yaşlarından yaranıb. Gülayın at çapmaq məharəti hamı tərəfindən də maraqla qarşılanır. At muraddır, at insanların ən yaxın və sədaqətli dostudur. Muradınıza çatmanız diləyi ilə…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər