Ayxan Abbasov: “Sumqayıt”da qalmağım üçün bəzi məsələlər həllini tapmalıdır”

300

“Yaxın 2-3 gün ərzində klub rəhbərliyi ilə görüşəcəyik. Növbəti mövsüm üçün dəyişiklik olmayacağı təqdirdə, yəqin ki, işimi davam etdirməyəcəyəm”.

Bunu “Report”a “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun finalında “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra postunu tərk etmə istəməsi barədə səsləndirdiyi fikrə aydınlıq gətirərkən deyib.

38 yaşlı mütəxəssis “Sumqayıt”da qalmasından ötrü heyətin gücləndirilməsinin gərəkliyini bildirib: “Söhbət təkcə legionerlərin götürülməsindən getmir. Görüləsi çox iş var. Sabah 3 əcnəbi oyunçunun alınması ilə də hər şey yaxşı olmayacaq. İstəyim odur ki, digər Premyer Liqa klubları ilə ayaqlaşa bilək. Bəzi məsələlərə aydınlıq gəlməlidir. “Sumqayıt”da qalıb-qalmamağım bundan asılı olacaq”.

Qeyd edək ki, Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçi postuna ötən il noyabrın 14-də təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada mövsümü 29 xalla 6-cı pillədə başa vurub və Sumqayıt futbolu tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər