Azad edilən ərazilərə investorların cəlb olunması ilə bağlı yeni strategiya hazırlanır

194

“Bizim 5 illik hədəfimiz azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişafına nail olmaqdır. İnvestorların cəlb olunması üçün isə həmin ərazilərimiz ilk növbədə iqtisadi cəhətdən cəlbedici olmalıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan hökuməti tərəfindən yeni strategiya hazırlanır: “Milli Məclisdə qanunların təkmilləşdirilməsi, investorların stimullaşdırılması və bura gəlməsi üçün qanunvercilik bazasının hazırlanması istiqamətində çox ciddi işlər aparılır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər