Azərbaycan Dövlət Aqrar Universitetinə o rəhbərlik edəcək – FOTO

774

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.

sumqayitxeber.com-un Report-a istinadən xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər