Azərbaycan klubları türkiyəli futbolçuların müştərisi kimi

1019

Bildiyiniz kimi, hazırda dövrələrarası “transfer pəncərəsi” açıqdır. Odur ki, hazırda bütün futbol ictimaiyyəti oyunçu keçidlərini, eləcə də bu yöndə yayılan müxtəlif söz-söhbətləri müzakirə edir, idman mətbuatı çeşidli xəbərlər yayır. Futbol dünyasının belə səs-küylü dönəmində sözsüz ki, Azərbaycan klubları da transfer hərəkatına hazırlaşır. Ölkə futboluna maliyyə axınının başladığı dövrdən klublarımız xarici bazara ciddi müştəri kimi çıxa bilir. Deməli, hazırkı transfer dövründə də, elita təmsilçilərinin xarici oyunçuların müştərisinə çevrilməsi gözləniləndir. Bu yazıda məsələyə baxış bucağımız belədir: Azərbaycan klubları türkiyəli futbolçuların müştərisi kimi.

 

Son dövrlər Anadolu yalnız Azərbaycanın yox, bir çox ölkələrin diqqət mərkəzindədir. Bu da sözügedən bölgənin futbol təsərrüfatının xeyli inkişaf etməsi ilə əlaqədardır. Xüsusən, Türkiyənin Azərbaycana yaxın bölgələri klublarımız üçün əsas bazar sayıla bilər. Məsələn, rusiyalı oyunçuların keçmiş SSRİ ölkələrində top qovması asan olduğu kimi, qardaş ölkə nümayəndələrinin də karyerasını  Azərbaycanda sürdürməsi çətin olmaz. Başqa sözlə, coğrafi məkan və şərait futbolçular üçün çox vacibdir. Digər tərəfdən, istənilən türkiyəli dəri top ustası üçün legioner həyatı çox cəlbedici görünür. Bir növ yeni macəra axtarışında olan anadolulular üçün xaricdə çıxış etmək nüfuzlu iş sayılır. Deməli, klublarımız həmin oyunçulara “elçi” düşə bilər. Hazırda Türkiyə klublarında elə yerli və əcnəbi oyunçular var ki, bacarığı şübhə doğurmasa da, hazırda müxtəlif dövrlərdə formasını geydiyi “dörd böyüklər”in gündəmində deyil. Deməli, sözügedən futbolçuları Azərbaycana gətirmək mümkündür. Bu məəsələdə müxtəlif dövrlərdə Türkiyə nəhənglərində forma geyən Oqtay Derelioğlu, Ahmet Dursun, Ali Cansun, Suat Usta, Fatih Sonkaya və Tunc Kip  kimi oyunçuların Azərbaycan çempionatının səviyyəsinin yüksəlməsində böyük rol oynadığı unudulmamalıdır. Bu baxımdan artıq “Xəzər-Lənkəran”la anlaşan sabiq “Beşiktaş”lı forvard Gökhan Güleçin “ağ-yaşıllar”a qatılmasını da uğurlu transfer həmləsi kimi qiymətləndirmək olar. Bəs görəsən, Türkiyədə top qovan daha hansı oyunçuların klublarımıza transferi mümkündür və futbolumuz üçün faydalı olar?

 

Türkiyədə Topaz Premyer-Liqasının qapıçı axtarışnda olan klublarının “çərçivə”dəki problemini həll edə biləcək xeyli sayda qolkiper var. Bu baxımdan ən əsas bu cari “futbol ili”ndə  “Antalyaspor”da yaxşı mövsüm keçirən “Beşiktaş”ın və Türkiyə millisinin sabiq qapıçısı Hakan Arıkanı qeyd etmək olar. Bundan başqa, “Qalatasaray” keçmiş qolkiperləri Aykut Erçetin də etibarlı “əlcək sahibi” sayılır. Düzdür, uzun müddət İstanbul klubunda çıxış edən qapıçı heç vaxt “sarı-qırmızılar”ın əsas qolkiperi olmayıb. Amma bununla belə, onun xüsusən, 2007-2008-ci illər mövsümündəki çempionluqda payı böyük idi. Keçmiş “cim-bom”lu qapıçıların transferini asanlaşdıran əsas məqamlardan biri sözügedən qolkiperlərin hazırda klubsuz olmasıdır. Yuxarıda sadalanan “çərçivə qoruyucuları”ndan əlavə “Orduspor”da forma geyən eks-“Qalatasaray”lı Fevzi Elmas və Türkiyənin birinci dəstə təmsilçisi “Boluspor”un qapısını qoruyan sabiq “Fənərbağça”lı Serdar Kulbilge də Anadolu klubunu Azərbaycan təmsilçisinə dəyişməkdə maraqlı ola bilər.

Aykut Erçətin klubsuz  400000 avro 30 yaş
Hakan Arıkan “Antalyaspor” 600000 avro 30 yaş
Serdar Kulbilge “Boluspor” 500000 avro 32 yaş
Fevzi Elmas “Orduspor” 800000 avro 29 yaş

 
Elita təmsilçiləri müdafiə xəttindəki boşluqları da Türkiyədə top qovan yerli və əcnəbi futbolçularla doldura bilər. Hər halda, Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş müdafiəçiləri Emre Güngör və əslən azərbaycanlı olan Servet Çetin klublarımızın rənglərinə bağlaması mümkün olan futbolçulardandır. Bundan başqa, qardaş ölkə millisinin digər sabiq üzvləri əvvəllər “Fənərbağça”nın formasını geyən Deniz Barış, eləcə də millinin və “Qalatasaray”ın sabiq oyunçuları Volkan Yaman, Orhan Ak və Ali Turan Azərbaycan klublarının təklifini müsbət cavablandıra bilər. Topaz Premyer-Liqasında mübarizə aparan klubların “elçi”düşə biləcəyi müdafiəçilər sırasına “Beşiktaş” və “Bazel”in eks- üzvü Çağdaş Atanı, “Qalatasaray”dan xatırladığımız Ali Turanı, eləcə də uzun illərdir Superliqada çıxış edən əcnəbilərdən əvvəllər “Porto” və “Malaqa”da oynamış sabiq “Trabzonspor”lu Milan Stepanovu və Türkiyə vətəndaşlığını qəbul etmiş “Vasqo De Qama” və “Fənərbağça”nın keçmiş oyunçusu Gökçek Vedersonu da əlavə etmək olar.

 

Servet Çetin “Eskişehirspor”  2000000 avro

31 yaş

Emre Güngör  “Antalyaspor” 1.700000 avro 28 yaş
Çağdaş Atan  “Akhisar”  500000 avro 32 yaş
Orhan Ak  “Elazığspor”  200000 avro 33 yaş
Ali Turan  “Konyaspor”  500000 avro 29 yaş
Deniz Barış  “Antalyaspor”  400000 avro 35 yaş
Volkan Yaman  “Kasımpaşa”  600000 avro

30 yaş

G.Vederson  “Bursaspor”  3.500000 avro

31 yaş

M. Stepanov “Mersin İ.Y.” 1000000avro 29 yaş

 

Ölkə klubları yarımüdafiə xətti üçün də Anadoludan xeyli oyunçu transfer edə bilər. Bu mənada, “Fənərbağça”nın eks-futbolçusu Özer Hurmacı,  eləcə də “Beşiktaş”da forma geymiş Ekrem Dağ, Uğur İnceman və Erkan Zengini qeyd etmək olar. Bir müddət Türkiyə nəhənglərinin forması altında çıxış etmiş əcnəbi futbolçulardan da klublarımıza güc qatacaq adlar yetərincədir. Bu baxımdan “Qalatasaray”da oynamış argentinalı Emanuel Kulionu, “Beşiktaş”dan tanıdığımız çilili Rodriqo Teyyonu və “Trabzonspor”dakı çıxışları ilə yaddaşlarda qalan İbrahim Yattaranı qeyd etmək olar. Bundan başqa, Türkiyə seçməsinin şərəfini qoruyan və qardaş ölkədə sırası ilə “Trabzonspor”, “Fənərbağça” və “Beşiktaş”ın uğurları üçün çalışmış Mehmet Aurelionu da klublarımızn heyətinə qatmaq uğurlu addım olardı.

 

Ugur İnceman

“Antalyaspor” 

800000 avro 31 yaş
Özer Hurnacı  “Kasımpaşa”

900000 avro

26 yaş
Ekrem Dağ “Gaziantepspor” 200000 avro 31 yaş
Erkan Zengin  “Eskişehirspor” 200000 avro 27 yaş
M. Aurelio   Klubsuz 500000 avro

34 yaş

İ. Yattara  “Mersin İ.Y.” 900000 avro 32 yaş
R.Teyyo “Eskişehirspor” 1000000avro 33 yaş
E. Kluio “Mersin İ.Y.” 4000000avro 29 yaş

 

Türkiyə çempionatında klublarımızın “qol ayağı” ola biləcək xeyli sayda hücumçu var. Amma bu yazıda əvvəllər Superliqanın “dörd böyüklər”ində çııxış etmiş futbolçular barədə danışdığımızdan məhz bu adlara yönəlməyə borcluyuq. Bu baxımdan adını çəkə biləcəyimiz forvardlara gəlincə, hər nə qədər çətin olsa da, sabiq “Qalatasaray”lı Necati Ateşin ölkəmizə gəlişi birbaşa futbolumuzun inkişafına xidmət edərdi.”Qalatasaray”ın ötən mövsümkü çempionluğunda böyük pay sahibi olan, cari “futbol ili”ndə isə “Eskişehirspor”da olduqca parlaq oyun sərgiləyən 32 yaşlı hücumçunun yarımmüdafiə xəttində də oynamağı bacarması universal futbolçu axtarışında olan ölkə klubları üçün göydəndüşmə ola bilər.  Bundan əlavə, Necati ilə eyni dövrdə “Qalatasaray”da top qovmuş Hasan Kabze, eləcə də sabiq “Beşiktaş”lı Sinan Kaloğlu, “Trabzonspor” və “Fənərbağça”da forma geymiş Gökhan Ünal, “Trabzonspor” və “Beşiktaş”da çıxış etmiş Fatih Tekke və “Fənərbağça”dakı çıxışı ilə tanınan Serhat Akın ölkə futboluna rəng qata bilər. Anadolu təmsilçilərində top qovan və ölkəmizə gəlişi mümkün olan əcnəbilərə gəlincə, “Beşiktaş”ın sabiq braziliyalı hücumçusu Bobo və onun “Fənərbağça” və “Beşiktaş”da oynamış həmvətəni Mert Nobre klublarımızın ön xəttəki problemini həll edə bilər.

 

Necati Ateş

“Eskişehirspor” 

2500000 avro 32 yaş
Hasan Kabze  “Orduspor” 1200000 avro 30 yaş
Gökhan Ünal  “Karabükspor” 2000000 avro 30 yaş
Sinan Kaloğlu.  “Elazığspor” 400000 avro 31 yaş
Fatih Tekke    Klubsuz 600000 avro 35 yaş
Serhat Akın  “Altay” 300000 avro 31 yaş
Mert Nobre “Mersin İ.Y” 2000000 avro 32 yaş
Bobo “Kayserispor” 1000000 avro 27 yaş

 

  

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər