Azərbaycan qoşunları Ağdam daxil oldu

821

Azərbaycanın Silahlı Qüvvələri 28 illik işğaldan sonra Ağdama girib.

Virtualaz.org bildirir ki, bu barədə Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev öz “Twitter” səhifəsində yazıb.

T.Gəncəliyev Ağdam rayonundakı məşhur “Cümə” məscidindən ilk dəfə videogörüntülər yayımlayıb.

“Azərbaycanın Silahlı Qüvvələri 28 illik işğaldan sonra Ağdama daxil oldu. Şəhərin simvolu olan məşhur tarixi “Cümə” məscidinin ilk videosu”,– deyə T.Gəncəliyev görüntülərə əlavə etdiyi mətndə yazıb.

Kadrlardan da görünür ki, məscid və bütün şəhər dağıdılıb və bugünkü Ağdam “ruhsuz xəyal şəhərciyi” təəssüratı yaradır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər