Reklam

Reklam

Reklam

Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

232

Azərbaycan Texniki Universiteti (AzTU) və “Sumqayıt Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Ruslan Ağabəyli imzalayıb.

Sənədə əsasən, AzTU tələbələrinin MMC-də istehsalat təcrübəsi keçmələrinə və şirkətin texniki bazasından yararlanmalarına şərait yaradılacaq. Həmçinin istehsalat təcrübəsində fərqlənən tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi nəzərdə tutulur.

Bundan başqa, tərəflər tələbələrin texniki ixtisaslara maraqlarının artırılması üçün innovativ həllərə əsaslanan proqramların hazırlanması, tətbiq və təbliğ olunması istiqamətində də əməkdaşlıq edəcək.

Əməkdaşlıq çərçivəsində sənayenin müxtəlif sahələri üzrə kadr ehtiyaclarının ödənilməsi üçün gənc peşəkarların hazırlanması, ölkənin gələcəyinə töhfə vermək istiqamətində bir sıra layihələrin həyata keçirilməsi də planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər