Azərbaycan türk ordusunun Suriyada etdiyini Qarabağda təkrarlaya bilərmi?

950
Tofiq Zülfüqarov: “İşğalçını ərazilərimizdən rədd etmək üçün lazımi geopolitik imkan mövcuddur”
“Qarabağ probleminin hərbi yolla həllində heç bir hüquq pozuntusu yoxdur”

Türkiyənin Suriyada başlatdığı “Sülh çeşməsi” anti-terror əməliyyatı müvəffəqiyyətlə davam etməkdədir. Türk ordusunun uğurlu həmlələri davam etdikcə, Azərbaycanın da Qarabağda erməni işğalçılarına qarşı bu cür əməliyyatlar aparması ilə bağlı çağırışlrın sayı artmaqdadır. Bəzi siyasilər hesab edir ki, iri güclərin təpgisinə əhəmiyyət verməyərək anti-terror əməliyyatlarına başlayan Türkiyə kimi, Azərbauycan da fövqəldövlətlərin Qarabağda müharibə əleyhinə mövqeyinə əhəmiyyət vermədən müharibəyə balamalı, işğaldakı torpaqlarını azad etməlidir.

Bəs Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatları Azərbaycanın Qarabağda bu cür əməliyyatlar aparması üçün örnək sayıla bilərmi? Azərbaycanın da indiki mərhələdə iri güclərin anti-müharibə çağırışlarına fikir vermədən Qarabağı hərbi yolla azad etmək istiqamətində addımlar atması mümkündürmü?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov mövcud beynəlxalq vəziyyətin belə bir əməliyyat üçün münasib olduğunu vurğuladı:

“Öncə bir şeyi aydınlaşdırmaq lazımdır. Biri var beynəlxalq təşkilatların hərbi əməliyyatlara icazəsi, biri də var fövqəldövlətlərin razılığı… Əgər biz beynəlxalq təşkilatların Qarabağla bağlı qərarlarına nəzər salsaq görərik ki, BMT qətnamələri həyata keçirilmir. Bu isə o deməkdir ki, Azərbaycan BMT nizamnaməsini rəhbər tutaraq işğaldakı torpaqları azad etmək üçün gərəkli addımları ata bilər. Burada heç bir hüquq pozuntusu yoxdur.

Fövqəldövlətlərin mövqeyinə gəlincə, hər kəsə məlumdur ki, Ermənistanın işğalçılıq siyasətinin əsas potensialı Rusiya tərəfindən verilən təhlükəsizlik təminatıdır. Lakin hiss olunur ki, bu təminatlar əhəmiyyətini itirməkdədir. Nəinki Azərbaycanda, Ermənistanın özündə də heç kəs deyə bilməz ki, Rusiya indiki məqamda müharibə başlasa, Ermənistana verdiyi bu təminatlara sadiqlik nümayiş etdirəcək. Belə olan təqdirdə bir sual meydana çıxır: işğalçını ərazilərimizdən rədd etmək üçün geopolitik imkanlar  mövcuddur, yoxsa yox? Hesab edrəm ki, artıq vəziyyət o dərəcəyə gəlib çatıb ki, geopolitik vəziyyət Azərbaycan üçün müsbətdir. Gərəkli məqamları nəzər salsaq görəcəyik ki, həm müdafiə, həm xarici siyasət baxımından ermənilər layiqli zərbələrini almağa hazırdırlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər