Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi Sumqayıt şəhərində qeyd olunub

2981

Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssissə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. Ədəbi-bədii kompozisiyada Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və süqutu ilə bağlı bəzi məqamlar səhnələşdirilib. 

Səhnədə quraşdırılmış monitorlarda Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, foto və videokadrlar nümayiş olunub.

Tədbirdə Azərbaycanı tərənnüm edən mahnılar, şerlər səsləndirilib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər