Azərbaycanda 102 yaşlı qadın əməliyyat olundu — FOTO

230
Neyrocərrah Əliosman Qədimbəyli 102 yaşlı Lerik sakini Səbirə Məmmədovanı əməliyyat edib.

“Ölkə.Az” xəbər verir ki, belində və sağ ayağında olan ağrı və zəifliklə əlaqədar beş ildir gəzə bilməyən xəstəni əməliyyat edən həkim bunları deyib:

“Xəstə nəticələrinin köməyi ilə bizə müraciət etmişdi. Xəstədə onurğa kanal darlığı (stenoz) və fəqərə sürüşməsi (listeziq) aşkarlandı. Beş saatlıq çox ağır əməliyyat keçirdi və əməliyyatdan cəmi iki gün sonra gəzməyə başladı. Maraq üçün nənədən uzunömürlülüyünün sirrini soruşdum. Bildirdi ki, təmiz kənd məhsulları ilə qidalandığı üçün 102 il yaşayıb”.

Ə.Qədimbəyli bildirib ki, bu, onun özün üçün də maraqlı təcrübə olub:

“Çox yaşlı insanları əməliyyat etmişdim, amma 102 yaşlı xəstəmiz olmamışdı”.

Ölkə.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər