Azərbaycanda 2 qardaş faciəvi şəkildə öldü

1447

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Ələt-Astara yolunun 149-cu kilometrliyində “Mercedes” markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan 3 nəfərdən ikisi, 1989-cu il təvəllüdlü Tural Mirzəyev və onun 26 yaşlı qardaşı aldıqları xəsarətlərdən vəfat edib. Daha 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çetdırılıb.

Bildirilir ki, ölən qardaşları Masallı sakinidirlər və motosikletlə pomidor daşıyırlarmış.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər