Azərbaycanda ana olan 13 yaşlı qız haqda – YENİ MƏLUMAT

1048

Zərdab rayon Polis Şöbəsi təhqiqata başlayıb, doğulan körpənin atası isə «uşağa baxacam» deyir

Zərdab rayon Alıcanlı kəndində 13 yaşlı məktəbli qızın türkürpədici olayı ilə bağlı araşdırma aparılıb. Məlum olduğu kimi adıçəkilən kənd sakini, 7-ci sinif şagirdi olan qız dünyaya uşaq gətirib və bu məsələ həm rayonda, həm də respublikada böyük səs-küyə səbəb olub.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov mövzuyla bağlı AzNews.az-a açıqlamasında baş vermiş hadisəni təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədi: “Mən bu barədə heç bir məlumat verə bilmərəm. Kriminal hadisədir. Mənim bu barədə danışmağa ixtiyarım yoxdur. İş Zərdab Rayon Polis Şöbəsində araşdırılır. Onların nəzarətində olduğuna görə, hadisə ilə bağlı ancaq Polis şöbəsi məlumat yaya bilər”.

Baş vermiş bu rüsvayçı hadisəylə əlaqədar Zərdab Rayon Təhsil Şöbəsində toplantı keçirilib. Toplantıda 13 yaşlı ananın təhsil aldığı Alıcanlı kənd məktəbinin direktorunun fəaliyyəti sərt şəkildə tənqid olunub. Bununla bağlı əməkdaşımıza danışan rayondakı mənbə iddia edir ki, əslində, Təhsil Şöbəsinin keçirdiyi iclasın əsas məqsədi informasiyanın yayılmasının qarşısını almaq olub, TŞ müdiri iclasda «necə edirsinizə edin, amma bu hadisənin üstünü bağlayın. Məlumat rayondan bayıra çıxmamalıdır” kimi şifahi tapşırıq da verib.

Zərdab Rayon Polis Şöbəsində isə məsələ ilə bağlı tərəflərin dindirilməsi prosesi aparılıb. Qeyd edək ki, 13 yaşlı məktəbli qızın dünyaya gətirdiyi körpəsinin atasının kimliyi də artıq bəllidir və onun ailəli olduğu bildirilir. O, Zərdab Rayon Polis Şöbəsində verdiyi izahatda təzəcə dünyaya göz açan uşağına atalıq edəcəyinə dair söz verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər