Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi

1233

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, onun ölümünə səbəb koronavirus infeksiyası olub.

Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub.

2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də “MilliKart” MMC-nin Direktorlar Şurasının sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər