Azərbaycanda bayram günləri 12 nəfər İNTİHAR ETDİ: sabiq məmur, məktəbli…

601

Azərbaycanda Ramazan bayramı günlərində bir neçə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisələrdən biri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.

Rayonun Dərəkənd kənd sakini 18 yaşlı Rüfət Əmoyev yaşadığı evdə özünü asıb.

Bundan başqa, Şabran sakini, 40 yaşlı İntiqam Azayev yaşadığı yataqxanada, Tovuz sakini, 26 yaşlı Ülvi Məhərrəmov yaşadığı evdə, Zaqatalanın Göyəm kənd sakini, 37 yaşlı Sərxan Mustafayev qardaşının evində, Bakının Xətai rayonunda 35 yaşlı Seymur Əliyev yaşadığı evin həyətində, Cəlilabad sakini, 30 yaşlı Qamət Qasımov yaşadığı evdə, Goranboy rayonu Borsunlu kənd sakini, 46 yaşlı Rəsmiyyə Qurbanova yaşadığı evdə, Qəbələ rayonunun Nic qəsəbəsində 57 yaşlı Nəbi Hacıyev yaşadığı evin həyətindəki fındıq bağında, Sabunçu rayonu, Ramana qəsəbə sakini, 42 yaşlı Fuad İbrahimov yarımtikilidə, Abşeron rayonu Güzdək qəsəbə sakini 51 yaşlı Eldar Məmmədov isə yaşadığı evin damında özlərini asaraq intihar ediblər. Sonuncu arvadını bıçaqlayandan sonra canına qəsd edib.

Bayram günü Zaqatalada daha bir intihar hadisəsi baş verib. Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq rəhbəri Mehdi Seyidov yaşadığı evin həyətində ağacdan özünü asıb.

Ötən gün həmçinin Bakının Xətai rayonunda da ikinci intihar hadisəsi qeydə alınıb. 11-ci sinif şagirdi olan Xumar Babayeva yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq, intihar edib. Bu zaman binanın həyətində onu tutmağa çalışan kişi isə ağır yaralanıb.

Bütün faktlarla bağlı aidiyyəti üzrə rayon Prokurorluqlarında araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər