Azərbaycanda bütün gözlər ORA DİKİLDİ – İclas BAŞLADI (YENİLƏNİR)

257

Milli Məclisin iclası başlayıb.

Publika.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.

Gündəlik qəbul edildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.

Spiker deyib ki, Nazirlər Kabinetində və digər orqanlardan aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zərurətini yaradır: “Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məcilisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını xahiş ediblər. Bu gün bu məsələni müzakirə edəcəyik. Konstitusiya buna imkan verir”.

Qeyd edək ki, hazırda Milli Məclisin YAP-dan olan komitə sədri Siyavuş Novruzov parlamentin buraxılmasına dair hakim partiyanın Milli Məclisə daxil olan mütraciətini oxuyur.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər