Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxub – FOTO

679

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 211 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər