Azərbaycanda dəhşətli avtobus qəzası – ÖLƏNLƏR VAR

1283

Fövqəladə Hallar Nazirliyi ötən gecə Qobustan rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

*****

09:30

Qobustanda ağır yol qəzası baş verib.

Hadisə Qobustan-Bakı yolunda qeydə alınıb.

Qəza zamanı 2 nəfər ölüb, daha 5 nəfər ağır xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Fakt araşdırılır (Report).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər