Azərbaycanda dəhşətli hadisə: Məktəb direktorunun müavini 13 yaşlı qızı zorladı

2240
Əslən Laçın rayonundan olan 52 yaşlı Şahin Fətiş oğlu Yusifov 1992-ci ildə ailəsi ilə birlikdə Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilən Ümid qəsəbəsində məskunlaşıb.

Müəllim işləyən Şahin Yusifov 2001-ci ildə 294 saylı orta məktəbdə direktorun təlim tərbiyə işləri üzrə müavini təyin edilib.

Bu müddət ərzində Ş.Yusifovun qonşuluğuna Nərmingil (qızın adı şərtidi) köçüb. Atasız böyüyən qızın təhsili ilə qonşusu direktor müavini yaxından maraqlanmaya başlayıb. 13 yaşlı Nərmin Şahin müəllimin işlədiyi məktəbdə təhsil alıb.

Nərminin anası və azyaşlı qardaşı işlədiyindən o gündüzlər evdə tək olub. Buna görə də Yusifov tez-tez qonşu qızın necə oxumasını və dərslərini hazırlamaqda köməklik etmək üçün onlara gedib.

Belə günlərin birində Şahin müəllim dərsləri hazırlayıb qurtarandan sonra Nərminə bir sirr açmaq istədiyini deyib. Şahin müəllim Nərmindən ilk əvvəl sirrini heç kimə deməməsi barədə söz verməsini xahiş edib.

13 yaşlı qız müəlliminin sirrini heç kimə deməyəcəyini söz verəndən sonra Yusifov Nərminə onu sevdiyini bildirib. 52 yaşlı müəllim 13 yaşlı qıza bir az böyüyəndən sonra onunla evlənəcəyi bildirib. Bundan sonra baş tutan məşğələlərə gələndə Ş.Yusifov qız üçün hədiyyələr də gətirib.

Və dərs başa çatandan sonra onun saçlarını tumarlayaraq öpməyə başlayıb. Qız bu barədə müəllimə söz verdiyi kimi heç kimə deməyib.

Bir müddət şagirdi ilə öpüşən müəllim 2006-ci ildə Nərminə cinsi əlaqədə olmağı təklif edir. Bu barədə heç nə bilmədiyini və çox qorxduğunu bildirən azyaşlı qıza Yusifov hər şeyi ona başa salacağını, onunla evlənəcəyini və bu barədə toylarına qədər heç kimə heç nə deməməyi məsləhət görüb.

Qızın razılığını alan Şahin Yusifov onunla cinsi əlaqədə olur.

O gündən sonra həftədə bir-iki dəfə qonşuya keçən Şahin Yusifov mütəmadi olaraq Nərminlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur.

Nərminə onu çox sevdiyini inandıran manyak müəllim onunla cinsi əlaqədə olduğu bütün anları telefonunun yaddaşına köçürüb. Və şəkillərin adını “ürəyim”, “həyatım”, “körpəm” qoyub. Şahin müəllim Nərminə şəkillərini çəkməsi onunla izah edib ki, axşamlar onun şəkillərinə baxıb rahatlıq tapır.

3 il davam edən vəhşiliyin qarşısını bacısıgilə qonaq gələn qızın xalası alıb. Xala qonşu müəllimin bacısı qızı ilə xüsusi maraqlanmasını görəndə Nərminlə təklidə söhbət etmək qərarına gəlib.

Təklikdə olan söhbət zamanı Nərmin onu sevən müəllimə verdiyi sözü pozub.

Nərmin xalasına hər şeyi açıb danışıb. Nərmin xalası ilə söhbət zamanı, Şahin müəllim məni sevir və o mənimlə evlənəcək, məndə onu çox sevirəm sözlərini işlədib.

Eşitdiklərinə inanmayan xala bacısı qızının danışdıqlarını Qaradağ polisinə danışıb. Şikayət ərizəsini yoxlamağa gələn əməliyyatçılar müəllimin telefonuna baxanda şoka düşüblər. Telefonun yaddaş kartında olan 600-ə yaxın video və şəkillərdə direktor müavininin az yaşlı qızla cinsi əlaqədə olduğu vaxtların görüntüləri olub.

Həbs olunan müəllimin barəsində Cinayət Məcəlləsinin bir neçə bəndi üzrə cinayət işi başlanıb. İstintaq yekunlaşandan sonra Şahin Yusifovun işi məhkəməyə göndərilib. İstintaq zamanı o müəyyən edilib ki, Ş.Yusifov bir neçə dəfə Nərmini döyüb. Məhkəmədə ifadə verən Şahin Yusifov 13 yaşlı şagirdini sevdiyini və onunla evlənəcəyini bildirib.

Cinayət Məcəlləsini zorlama, döymə, pornoqrafik materiallar yayma maddələri ilə təqsirli bilinən pedofil müəllim cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökmü oxuyandan sonra Şahin Yusifov artıq 15 yaşı olan Nərminə azadlığa çıxandan sonra onunla evlənəcəyini bildirib.// gun.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər