Azərbaycanda əhalinin 54 faizi PEYVƏNDLƏNİB

630

Azərbaycanda ümumi əhalinin 54 faizi COVID-19-a qarşı peyvənd olunub.

Koronavirusinfo.az xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 46 faiz təşkil edir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 617 228 nəfər təşkil edir.

Ümumilikdə isə 1 156 277 buster doza vurulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər