Azərbaycanda həkim-dərman firması ünsiyyətinə QADAĞA

1945

“İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dərman firmalarının əməkdaşları birbaşa həkimlərlə görüşə buraxılmır”.

Modern.az-ın məlumatına görə, bunu “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov dərman firmaları ilə həkimlərin işbirliyi məsələsinə münasibət bildirərkən deyib.

V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə mühafizə sistemi var:

“Ona görə də tərəfimizdən bu kimi hallara yol verilmir. Amma hər hansı dərman şirkəti yeni məhsulunu tibbi işçilərinə təqdim etmək istəyərsə, bunun üçün şərait yaradılır. Ümumilikdə dərman firmalarının əməkdaşlarının həkimlər, tibb işçilərilə individual görüşlərinə icazə verilmir”.

Onun sözlərinə görə, pilot ərazilərdə xəstəxanada yatan xəstə kənardan dərman ala bilməz:

“Bu dərmanlar xəstəxanalar tərəfindən təmin edilir. Kənardan nə yemək, nə də tibbi ləvazimatlar alınmır.  Bu gələcəkdə layihənin tətbiq ediləcəyi ərazilərdə də belə olacaq”.

Şöbə müdiri deyib ki, reseptlər də elektronlaşdırılacaq:

“Bu reseptdə dəmanın ticarət adı yox, onun molekul tərkibi qeyd ediləcək. Bütün dünyada olduğu kimi, bizdə də elektron resept olacaq. Artıq xəstə əlində hansısa reseptlə aptekə getməyəcək. O, aptekə yaxınlaşdıqda aptek işçisi xəstə üçün yazılan resepti kompüter vasitəsilə görəcək. Hər bir ölkənin istehsal etdiyi dərmanların qiymətləri fərqlidir. Bu resept elektron şəkildə apteklərə göndəriləcək və vətəndaş oradan öz büdcəsinə uyğun dərmanı alacaq. Bununla da həkim-dərman firması, həkim-aptek ünsiyyəti kəsiləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər