Azərbaycanda “Huawei” kəskin ucuzlaşa bilər? – AÇIQLAMA

320

Son günlər Çinin “Huawei” şirkətinə məxsus telefonlarla bağlı söz-söhbət səngimək bilmir. Məsələ o qədər şişib ki, şirkətin məhkəməyə müraciət etməsinə qədər gedib çıxıb.

Buna səbəb isə bir müddət əvvəl bu telefonların tətbiq yenilənməsinin məhdudlaşdırılması ilə bağlı xəbərlərin yayılmasıdır.

 Belə ki, ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətini “qara siyahı”ya salıb. Bu səbəbdən “Google”, “İntel” və başqa şirkətlər “Huawei” ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb. Belə olan halda isə həmin mobil telefonlarda tətbiq yenilənmələri dayana bilər.

Bu, sözügedən şirkətin telefonlarının qiymətində kəskin ucuzlaşmaya səbəb olub.

Fins.az xəbər verir ki, bu gün Azərbaycanın mobil telefon bazarında ən çox satılan telefonlardan birinin “Huawei” olduğunu nəzərə alaraq, Oxu.Az-ın əməkdaşı yerli bazarda qiymətlərdə hansı “oynamalar”ın olduğunu öyrənməyə çalışıb.

Mövcud problem Azərbaycanın telefon bazarındakı vəziyyətə necə təsir göstərəcək? Qiymətlərdə ucuzlaşma müşahidə ediləcəkmi?

Məsələ ilə bağlı “Huawei” şirkətinin Müəssisə Kanal Meneceri Emil Yeroxin açıqlama verərək bildirib ki, mövcud problem Azərbaycan bazarına heç bir mənfi təsir göstərməyəcək:

“Son günlər mediada tirajlanan məlumatlar şirkətimizin istehsalı olan mobil telefon istifadəçilərini narahat etməsin. Biz hər zaman olduğu kimi öz öhdəliklərimizi yerinə yetirir və ştat rejimində fəaliyətimizi davam etdiririk. Bazarı inkişaf etdirməyə davam edirik. Bu, sadəcə, ABŞ və şirkətimiz arasında yaranmış anlaşılmazlıqdır. Biz ümid edirik ki, qısa zaman çərçivəsində bu problem tam olaraq aradan qaldırılacaq”.

Smartfonların tətbiq yenilənmələrinin dayandırılmasına münasibət bildirən E.Yeroxin qeyd edib ki, satılan bütün telefonlara 3 aylıq lisenziya verilib:

“Google” şirkəti tərəfindən “Huawei”yə 3 aylıq lisenziya verilib. Bu 3 ay ərzində satılan bütün telefonlar tam işlək vəziyyətdə olacaq. Bu kiçik anlaşılmazlıq 1-2 aya öz həllini tapacaq. Heç bir narahatlığa əsas görmürük.

Tətbiqlərdə heç bir problem yoxdur. İnanmıram ki, bu məsələ gələcəkdə hər hansı bir problem yaratsın. Anlaşılmazlıq qısa zamanda öz həllini tapacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər