Azərbaycanda insanı sarsıdan olay – Nişanlı gənclər YANAŞI DƏFN EDİLDİLƏR – FOTO

1434

Bugünlərdə Yardımlı rayonunda baş verən hadisə hər kəsi təsirləndirib.

Publika.az xəbər verir ki, Yardımlı sakini Hüseynov Azər Hüseynağa oğlu uzun sürən xəstəlik səbəbindən vəfat edib və öz vəsiyyəti ilə 5 il əvvəl dünyasını dəyişmiş qızın yanında dəfn edilib.

Belə ki, 1985-ci il təvəllüdlü Azər Hüseynovun nişanlısı, rayonun Osnakəran kənd sakini Əsgərzadə Gülərl Barat qızı 2014-cü ildə ürək çatışmazlığından vəfat edəndən sonra Azər xiffətdən ağır xəstəliyə düçar olub. Ağ ciyərində problemlər səbəbindən xeyli müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 10 noyabrda 34-cü doğum günün qeyd edəcək olan Azər tibbi müdaxilələrə baxmayaraq vəfat edib. O, ölümündən əvvəl sevdiyi qızın yanında dəfn edilməsini vəsiyyət edib. Beləliklə Azər Hüseynovun cənazəsi yaşadığı Yardımlı şəhərindən bir vaxtlar nişanlısının yaşadığı kəndin məzarlığına gətirilib və Gülərin yanında dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, nişanlısı vəfat edəndən sonra ailə üzvləri Azərə başqası ilə nişanlanmağı, ailə qurmağı tövsiyyə və vadar etsələr də, o razılaşmayıb və bir müddət sonra ağır xəstəliyə düçar olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər