Azərbaycanda jurnalist cütlük koronavirus pandemiyası dövründə nikaha girdi FOTO

430
Koronavirus səbəbindən ölkədə toy mərasimləri təxirə salınsa da, jurnalistlər bunun çarəsin tapıblar.

Modern.az xəbər verir ki, Anar Orucovla Əfsanə Ələsgərli ASAN Xidmətdə nikahlarını rəsmiləşdiriblər.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Anar Orucov bildirib ki, 34 illik həyatında ən gözəl ad günü keçirib:

“Bu gün subaylığa son dedim. Rəsmi olaraq evli oldum. Hə, əsas məsələ, “toy nə vaxtdır” sualına cavabı Operativ Qərargah deyəcək”.

“21 İyun 2020. Bir ömür boyu həyatıma xoş gəldin. Özəl günümüzdə istər real, istər virtual olaraq yanımızda olan, ürəkləri bu gün bizimlə olan əzizlərimizə, doğmalarımıza, dostlara və həmkarlara təşəkkür edirəm. Ən böyük təşəkkür isə pandemiya şəraitində qaydalara uyğun olaraq, yorulmadan çalışan və bu gün bizə bu xoşbəxtliyi yaşadan ASAN XİDMƏT ailəsinə, rəhbərliyinə və əziz həmkarımız Elnur Nifteliyevə, bizim sevincimizi bölüşən nikah şahidlərimizə, əziz həmkarım, illərin dostu İlhamə Əbülfət və Rauf bəyə düşür. Tezliklə sənin sevincli günündə iştirak edək, İlhamə. Anar Orucov, ad günün mübarək”, – deyə, Əfsanə Ələsgərli yazıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər