Azərbaycanda kişi arvadını yataqda öldürdü – Çay vermədiyinə görə

283

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimovun cinayət işi üzrə məhkəmə davam edir.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 29-na təyin olunub.

Qeyd edək ki, Bərdə rayonun Tumaslı kəndində Zülfüqar Rəhimov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb.

3 uşaq anası aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb. Zülfüqar Rəhimovun yaxınları onu polis əməkdaşlarına təslim edib. İstintaq araşdırması zamanı qətl hadisəsinin təfərrüatları məlum olub.

Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı ona çay vermədiyi üçün öldürüb.

Səhər saat 6 radələrində yuxudan oyanan Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ondan tez çay verməsini tələb edib.

Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib.

Zülfüqar Rəhimov özündən çıxıb və bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.

Qətl hadisəsi törədən zaman Zülfüqar Rəhimov işsiz olub. O, psixi xəstə kimi bir müddət müalicə olunurmuş.
Zülfüqar Rəhimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. olke.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər