Azərbaycanda koronavirusa görə 155 nəfər reanimasiyadadır

827
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 7-nə olan statistik göstəriciləri açıqlayıb.
Medicina.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 013 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 339 min 876 test aparılıb. İndiyədək 88 nəfər COVID-19-dan dünyasını dəyişib, 4 149 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3 316 nəfərdir. 155 nəfər reanimasiyadadır, 20 nəfər süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, bu gün Azərbaycanda 314 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 152 pasiyent sağalıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər