Azərbaycanda növbədənkənar prezident seçkisi təyin olundu -11 apreldə!

985

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər