Azərbaycanda QORXUNC HƏFTƏSONU – 3 gündə 23 nəfər bu səbəbdən öldü

403

Son 3 gündə Azərbaycan Respublikasının avtomobil yollarında baş vermiş avtomobil qəzalarında 23 nəfər vəfat edib.

Publika.az xəbər verir ki, cümə günü baş verən qəzalarda 8, şənbə günü 6, bazar günü isə 9 nəfər həyatını itirib. Baş vermiş hadisələr nəticəsində 70 nəfərdən artıq şəxs xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, son günlər ölkə yollarında baş verən ağır yol qəzalarının sayında artım müşahidə edilir. Mütəxəssislər bunu nəqliyyat vasitələrinin qış rejiminə hazır olmaması, hava şəraiti və sürücülərin peşəkarlığının aşağı səviyyədə olması ilə əlaqələndirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər