Azərbaycanda vəhşicəsinə döyülüb küçəyə atılan 18 yaşlı qız ÖLDÜ

1026

Dünən Beyləqanda döyülüb yolun kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı dünyasını dəyişib.
Bu barədə Lent.az -a Yuxarı Aran kəndinin bələdiyyə sədri Əhməd Məmmədov məlumat verib. O deyir ki, naməlum şəxslər tərəfindən qəddarcasına döyülən 18 yaşlı Yuxarı Aran kənd sakini Quliyeva Aygün Mehman qızı bu gün səhər saatlarında dünyasını dəyişib.
Beyləqan Rayon Polis İdarəsindən Lent.az -a gənc qızı döyüb öldürən naməlum şəxslərin axtarış tədbirlərinin davam etdiyi bildirilib.
08:10:2019
saat : 13:16
Beyləqanda döyülüb küçəyə atılan 18 yaşlı qız hələ də komadan ayılmayıb.
Bu barədə Lent.az -a Beyləqan rayon Yuxarı Aran kənd bələdiyyə sədri Əhməd Məmmədov məlumat verib. Bələdiyyə sədrinin verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı səhər saatlarında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan hələ də komadan ayıla bilməyib.
Bələdiyyə sədri ərazi inspektoru ilə birgə zərərçəkənə baş çəkdiyini və müalicəsinə dəstək olmaq üçün müəyyən miqdarda pul verdiklərini də bildirib. Verilən məlumatda 18 yaşlı Quliyeva Aygün Mehman qızının subay olduğu qeyd olunub. Hadisənin hansı səbəblə və kim tərəfindən törədildiyi məlum deyil. Hazırda rayon polisi cinayət əməlini törədən şəxslərin axtarışını davam etdirir.
Yuxarı Aran kənd bələdiyyəsindən Lent.az -a o da bildirilib ki, hadisə ilə əlaqədar Bakıdan ambulans gəlsə də, həkimlər onu Bakıya aparmayıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər