Azərbaycanda vəzifəli şəxs özünü güllələyib

322

Bu gün Bərdə rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bərdə şəhər sakini 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu səhər saatlarında anasının məzarının üstündə odlu silahla atəş açaraq özünü öldürüb. Güllə V.Məmmədovun baş nahiyəsinə tuş gəlib.

 

Qeyd edək ki, V.Məmmədov Bərdə rayon Baytarlıq İdarəsinin baş mühasibidir. Onun məktubunun tapıldığı bildirilir. Bir neçə gün əvvəl isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onun işlədiyi idarədə əməliyyat keçirərək, rəis Alim Zeynalovu və müavini Səyyad Cəfərovu həbs edib./lent.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər