Azərbaycanda yeni məhkəmələr yaradılır – 12 hakim olacaq

350

Azərbaycanda kommersiya məhkəmələri yaradılacaq. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı  “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni 46.1 maddə əlavə edilməsi təklif olunur. 

Maddədə qeyd olunur ki,  kommersiya məhkəmələri birinci instiasiya məhkəməsi kimi qanunla səlahiyyətlərnə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.

Kommersmyianı məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini,təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Qeyd edək ki, kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersyia məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Xatırladaq ki, qanun layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və parlamentin növbədənkənar xüsusi iclasına tövsiyə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər