Azərbaycandakı İT şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər – TAHİR MİRKİŞİLİ AÇIQLADI

655

Azərbaycanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, sahə iştirakçıları ilə görüşlər keçirilib və onların müəyyən dərəcədə xahişləri də var.

“Xüsusilə, vergi və xaricdə qazandıqları vəsaitlərin Azərbaycana gətirilməsini daha asanlaşması ilə bağlı məsələlər. Yaxın gələcəkdə bu istiqamətdə istənilən halda addımlar atılacaq”, – deyə T. Mirkişili qeyd edib.

O həmçinin əlavə edib ki, İT şirkətlərin əsas tələblərindən biri tətbiq oluna biləcək vergi güzəştlərləri ilə bağlıdır.

Bir çox qonşu ölkədə belə güzəştlər mövcuddur. İkinci məqam, İT sahəsində çalışan insanların ödədiyi vergi ilə güzəştlərin tətbiq olunmasıdır. Düzdür, bizdə bu sahədə işləyən insanlar 8 il müddətinə gəlir vergisindən azaddır, halbuki bir çox ölkədə güzəşt yalnız 1-2% təşkil edir. Biz bunu Rusiya, Polşa, Belarus, Ukraynada müşahidə edirik”, – deyə T. Mirkişili qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər